Tikinti planlarının idarə olunması üçün ən yaxşı proqram təminatı hansıdır?
Planların idarə olunması üçün ən yaxşı proqram təminatı şirkətinizin ehtiyaclarını iqtisadi baxımdan ən səmərəli şəkildə təmin edən proqram təminatıdır. Belə məhsul seçərkən ilk növbədə onun biznesiniz üçün ən gərəkli xüsusiyyətlərini müəyyən etməlisiniz. BIM modelləri ilə işləmək istəyirsiniz, yoxsa 2-ölçülü modellərlə işləmək imkanı kafidir? Planlarınızı səyyar cihazlarda istifadə etmək istəyirsiniz? Subpodratçılar da daxil olmaqla bütün komanda üzvlərinin planlardan istifadə etməsini istəyirsiniz? Əlavə proqram təminatı məhsullarına qoşulmaq istəyirsinizmi? Ən yaxşısı bir neçə proqram təminatı məhsulunu sınaqdan keçirin, imkanlarının nümayiş olunmasını tələb edin və suallar verməkdən çəkinməyin. Belə araşdırma nəticəsində biznesiniz üçün ən səmərəli proqram təminatı məhsulunun hansı olduğu barədə daha yaxşı fikir formalaşacaq.
Planların idarə olunması üzrə proqram təminatı kimlər üçündür?
Böyük miqyaslı tikinti layihələrinin tərkibində çox vaxt planların ən son variantlarının paylanmasına cavabdeh olan nəzarətçilərə və ya sırf bu işi görən sənəd idarəetmə heyətlərinə ehtiyac var. Bununla belə, eyni şirkətdə planlar fərqli vəzifəli şəxslər tərəfindən hazırlana və daha çox insan tərəfindən istifadə oluna bilər. BIM modellərini hazırlayanlar çox vaxt memar və mühəndislər olsa da, sahədəki layihə menecerlərindən tutmuş smeta tutanlara, elektriklərdən tutmuş çilingər və santexniklərə qədər hər kəs bu planlardan öz işlərinə yarayacaq dərəcədə istifadə edə bilməlidir. Məhz buna görə səmərəli iş rejimi üçün yaxşı düşünülmüş plan idarəetmə sistemi çox vacibdir.
PlanRadar dizayn-tərtibat və ya tikinti ilə əlaqədar digər işlərdə istifadə olunan proqram təminatı məhsullarına qoşula bilərmi?
Planların idarə olunması və sənəd paylaşma işlərini daha da asanlaşdırmaq məqsədilə PlanRadar avtomatik olaraq Dropbox, Google Drive və OneDrive platformalarına qoşulur. Xüsusi bir proqram təminatı məhsuluna qoşulma zərurəti yarandıqda təklif etdiyimiz açıq API və veb-huklardan da istifadə etməklə işinizə yarayacaq həll variantı tapa bilərik.
Kiçik firmaların planların idarə olunması üzrə proqram təminatına ehtiyacı varmı?
Bu sualın cavabı layihələrinizin miqyasından asılıdır. Bəzi kiçik tikinti firmalarında hər layihə üzrə onlarla plandan istifadə etmək zərurəti yarandığından planların idarə olunması üzrə proqram təminatı sənədlərin paylaşılmasında və yenilənməsində vaxta qənaət edə bilər. Digər tərəfdən kiçik tikinti firmaları az xərcli texnoloji imkanları seçmək ehtiyacı hiss edir. Məhz buna görə PlanRadar-dan istifadə etmək məsləhətdir – onun köməyi ilə siz planları və BIM modellərini yadda saxlamaq, yeniləmək, paylaşmaq və müqayisə etmək imkanı qazanmaqla yanaşı layihələri idarə edə, işləri planlaya, hesabat hazırlaya və s. işləri yerinə yetirə bilərsiniz. Üstəlik subpodratçılar PlanRadar-dan pulsuz istifadə edə bilər deyə, çoxsaylı lisenziyalara heç bir pul xərcləmədən böyük komandaların işini idarə edə bilərsiniz.
PlanRadar-ın tikinti layihələrinin idarə olunması üzrə alətləri haqqında əlavə məlumat.
PlanRadar-ın tikinti planlarının idarə olunması üzrə proqram təminatını pulsuz sınaqdan keçirə bilərəmmi?
Bəli. Proqram təminatının real layihələrinizin işinə yarayıb-yaramadığını yoxlamaq üçün sizə 30 günlük pulsuz sınama imkanı təqdim olunur. Məsələn, bu sınaq müddəti ərzində proqram təminatını və işləyişini nümayiş etdirmək və sınamaq məqsədilə digər istifadəçiləri subpodratçılar kimi dəvət edə bilərsiniz. PlanRadar həmçinin fərdi məsləhət xidməti təklif edir. Bu zaman mütəxəssisimiz PlanRadar plan idarəetmə platformasının konkret sizin işinizdə necə faydalı ola biləcəyini nümayiş etdirəcəkdir.
Öz biznesimdə planların idarə olunması üçün PlanRadar-dan necə istifadə edə bilərəm?
PlanRadar-ın köməyi ilə planların ən son versiyalarını real vaxt rejimində sahə briqadaları ilə bölüşə bilərsiniz. Beləliklə, briqadanın hər bir üzvü səyyar cihazda və ya brauzerdə həm planları, həm də BIM modellərini görə bilər. PlanRadar istifadəçiləri işləri birbaşa plana əlavə etməklə ortaya çıxan məsələləri dəqiqliklə müəyyən edə bilərlər. Subpodratçıların planlardan pulsuz istifadə edə bilməsi onlara öz işlərinin harada görüldüyünü asanlıqla təyin etməyə imkan verir. İşlərin təfərrüatlarını öyrənmək, yaxud plandan kənara çıxan hər hansı məsələləri müəyyən etmək üçün istifadəçilər hər bir iş üzrə plana qeydlər əlavə edə bilərlər. Layihənin sənədləşdirilməsi üzrə məsul şəxs planların yeni versiyalarını əldə etdikcə onları yeniləyə bilər. Bu zaman bütün mövcud sancaq və işlər avtomatik olaraq yeni versiyaya keçəcək ki, bu da məlumat itkisinin qarşısını alacaq. Planların bütün köhnə versiyaları gələcək istifadə üçün PlanRadar-ın yaddaşında qalır. Belə fayllarda dəyişikliklər rəngli olduğundan onları həmçinin köhnə versiyalarla müqayisə edə bilərsiniz.
PlanRadar plan idarəetmə tətbiqi BIM modelləri ilə uyğundurmu?
Bəli, PlanRadar həm 2-ölçülü planlar, həm də BIM modelləri ilə uyğundur. PlanRadar, səyyar cihazlarda rahat istifadə oluna bilən BIM görüntüləyicisi ilə təchiz olunur. BIM modellərini paylaşmaqla bütün komanda heyəti əlavə məlumatlardan istifadə edə biləcək, nəticədə tikinti sahəsində dəqiqlik təmin olunacaq. PlanRadar-ın openBIM texnologiyası Revit, ArchiCAD, AllPlan, Navisworks və digər proqram təminatı məhsullarından ixrac olunmuş IFC fayllarla işləmək imkanı verir. Siz həmçinin öz BIM modelinizə BCF formatında əlavə etdiyiniz məlumatları endirib öz dizayn proqramınızda işləməyə davam edə bilərsiniz.
PlanRadar vasitəsilə planları arxivləşdirmək mümkündürmü?
PlanRadar planların köhnə versiyalarını gələcəkdə istifadə edə bilməniz üçün avtomatik olaraq yadda saxlayır. Həmçinin müxtəlif plan versiyalarını müqayisə etmək mümkündür. Bu isə cizgilər çəkməyə, dizaynın əsli ilə yekun versiyası arasında dəyişiklikləri sənədləşdirməyə, eləcə də hüquqi iddialara qarşı tədbir görməyə imkan verir. Planların yalnız səlahiyyətli şəxslər tərəfindən platformadan silinməsini təmin etmək üçün icazələri məhdudlaşdıra bilərsiniz. Layihə başa çatdıqda PlanRadar-dan bir sənəd arxivi kimi istifadəyə davam edə, yaxud bütün məlumatlarınızı başqa bir yerdə saxlamaq üçün endirə bilərsiniz.
Planların idarə olunması üzrə proqram təminatı nədir?
Planların idarə olunması üzrə proqram təminatı müxtəlif tikinti və memarlıq şirkətlərinə onların hər gün hazırladıqları və istifadə etdikləri planları idarə etməyə imkan yaradır. Planlar və BIM modelləri, tikinti müəddəti ərzində real vəziyyəti və baş verən dəyişiklikləri əks etdirmək üçün daim yenilənən vacib sənədlərdir. Buna görə də briqadaların doğru plan versiyalarına istinad etməsi vacibdir. Əks halda həlli baha başa gələcək xətalar baş verə bilər. Plan idarəetmə proqram təminatından istifadə etməklə rahatlıqla plan versiyalarını izləyə, versiyalar arasındakı dəyişiklikləri görə və cizgilərlə BIM modellərini sahə briqadalarınız arasında paylaşa bilərsiniz.
PlanRadar müştərilərə beynəlxalq səviyyədə xidmət göstərirmi?
Əlbəttə! Sizin rahatlığınız üçün Avropada yerli mütəxəssislərdən ibarət 11 filialımız fəaliyyət göstərir. Müştərilərimizin ekspertlərlə öz ana dillərində ünsiyyət qura bilməsi üçün dünyanın onlarla ölkəsində tərəfdaş şirkətlərlə əməkdaşlıq edirik. Fərdi məsləhət almaq üçün digər ölkələrdəki filiallarımızla əlaqə saxlaya bilərsiniz.