Tikinti işlərinin idarə edilməsi üzrə proqram təminatı

İş qrafikinə və büdcənizə uyğun şəkildə inşa edin

Tikinti layihələrində səmərəliliyi və keyfiyyəti artırmaq üçün elektron sənədləşdirmə platforması

İş qrafikinə və büdcənizə uyğun şəkildə inşa edin

75+ ölkədə 150.000-dən çox istifadəçi PlanRadar ilə kağız sənədlərlə işləri aradan qaldırır

Tikinti layihələrini idarə etmək və onlara nəzarət etmək üçün 3 sadə addım

İzləyin

Bütün tikinti proseslərini elektron planda qeyd edin

İzləyin

Qoşulun

Tətbiqin köməyilə iş bölgüsü aparın, işlərin təhvil veriləcəyi tarixləri müəyyən edin və komanda üzvləri ilə məsləhətləşin

Qoşulun

Həll edin

Fərdi hesabatları bir neçə saniyədə ixrac edin

Həll edin

Bütün layihə proseslərini və maraqlı tərəfləri vahid platformada əlaqələndirmək imkanı

Sahə qeydiyyat jurnalları

Sağlamlıq və texniki təhlükəsizlik auditləri

Keyfiyyətə zəmanət

Təftişlər

Dəlil toplama

Nöqsanların idarə olunması

Təhvil-təslim

Tələblərə uyğunluq

Explore more

Explore less

PlanRadar-ın köməyilə sahə müfəttişlərimiz tikinti məlumatlarını tez və səmərəli şəkildə toplaya bilir. Nəticədə bu məlumatların emalı və təqdim olunması üçün xeyli az vaxt tələb olunur. İnanırıq ki, PlanRadar 3-ölçülü sahədə geniş istifadə imkanlarına malikdir və müştərilərimizə ən yaxşı xidməti təklif edə bilər.”

Pulsuz istifadə etməyə başlayın

Pulsuz istifadə etməyə başlayın

Kagız işləri məşğul olmaq əvəzinə diqqətinizi layihələrin idarə olunmasına yönəldin. Artıq bütün məlumatları sahədə ikən toplaya, sonra istədiyiniz formatda dəqiq hesabatlar şəklində ixrac edə bilərsiniz. Beləliklə, bircə iş günü ərzində həm iş yerinə yetəcək, həm də layihə qrafikə uyğun icra olunacaq.

Birlikdə daha səmərəli işləyin

Birlikdə daha səmərəli işləyin

Hamı əlaqəli şəkildə işlədikdə layihənin səmərəliliyi də artmış olur. Səyyar tətbiqimiz vasitəsilə səlahiyyətləri rahat şəkildə ötürə, anlaşılmazlıqların sayını azalda, ünsiyyəti nizamlaya və bütün işləri mütəşəkkil şəkildə yerinə yetirə bilərsiniz.

Bütün məlumatlarınızın bir yerdə saxlandığı rahat mərkəz

Bütün məlumatlarınızın bir yerdə saxlandığı rahat mərkəz

Plan, sənəd, iş, proses və hesabatlar da daxil olmaqla bütün zəruri layihə məlumatları barmaqlarınızın ucunda. Tam şəffaflıq və rahat istifadə nəticəsində ürəyiniz dinclik tapacaq, layihəniz isə daha tez bitəcək.

Tam şəffaflıq

Tam şəffaflıq

Layihəni planlaşdırarkən səlahiyyətləri dəqiq təyin edin. Layihəni icra edərkən ona səmərəli şəkildə nəzarət edin. Layihə başa çatdıqda, arxayın ola bilərsiniz ki, bütün məlumatlar mərkəzləşdirilmiş qaydada sənədləşdirilib. Sizə qalan yalnız onları təhlil etmək olacaq. Həmçinin gələcəkdə bütün iradlardan özünüzü qorumuş və onlara hazır olacaqsınız.

Layihənin planlaşdırılması mərhələsində
məlumat və icmallar arasında tam əlaqə

Sənədlərin idarə olunması

Sənədlərin idarə olunması

Plan və sənədlərin versiyalarını yadda saxlayın, idarə və təsdiq edin

İş qrafikinə uyğunluq

İş qrafikinə uyğunluq

Layihə işlərinin gedişatını iş qrafiki ilə uzlaşdırın

Plan və BIM modelləri

Plan və BIM modelləri

Elektron plan və BIM modellərindən istifadə edin

Hesabat və icmallar

Hesabat və icmallar

Layihə ilə bağlı problem və imkanları real vaxt rejimində müəyyən edin

Təhlükəsiz və etibarlı
yaddaş

Məlumatlarınızı könül rahatlığı ilə bizə etibar edin.

Əlavə məlumat

Avtomatik qoşulma

PlanRadar artıq istifadə etdiyiniz proqram təminatı məhsulları ilə işləyə bilir

Əlavə məlumat

İşə tez və rahat qoşulma

Rahat interfeys komandanızın işə asanlıqla başlamasına imkanı verir.

Pulsuz istifadə etməyə başlayın

Ən çox verilən suallar

Tikinti işlərinin idarə edilməsi üzrə proqram təminatı nədir?

Tikinti işlərinin idarə edilməsi üzrə proqram təminatı dedikdə tikinti sənayesini dəstəkləmək məqsədilə hazırlanmış proqramlaşdırılmış alətlər başa düşülür. Onların imkan və xüsusiyyətləri müxtəlif olsa da, əsas məqsəd resurslardan maksimum istifadəni təmin etmək, prosesləri sadələşdirmək və kağız işlərinə tələbatı sıfıra endirməkdir. Nəticədə tikinti proseslərinin səmərəliliyi və keyfiyyəti baxımdan böyük fayda əldə etmiş olarsınız.

Tikinti üzrə proqram təminatı yaşayış binalarının tikintisindən və ya təmirindən tutmuş tunel və avtomobil yollarının tikintisi kimi böyük infrastruktur layihələrinə qədər müxtəlif növ layihələrdə istifadə oluna bilər.

Tikinti işlərini idarə etmək üçün proqram təminatı aradığınız zaman ən çox bu xüsuslarına diqqət yetirməyiniz tələb olunur:

  • Sənədləşdirmə imkanları
  • Rabitə alətləri
  • İş qrafiki hazırlama və iş tapşırıqlarını idarə etmə
  • İşləri izləmə və hesabat hazırlama
  • Səyyar imkanlar

Tikinti işləri üzrə ən yaxşı proqram təminatı məhsulları istənilən vəziyyətdə istifadə oluna bilən və çoxsaylı imkanlar təklif edən məhsullardır. Onlar həmçinin istifadəçilərin biznes ehtiyaclarına uyğun fərdi imkanlar təmin edir. Nəhayət onlar, statistik məlumatlar və elektron qeydlərin təhlükəsiz şəkildə yadda saxlanılması sayəsində menecerlərə bütün tikinti prosesinə nəzarət etmək imkanı qazandırır.

PlanRadar tikinti üçün işlənib hazırlanmış ən yaxşı proqram təminatı məhsullarından biridir. O, rahat istifadəçi veb-interfeysi və səyyar tətbiqi sayəsində yuxarıda sadalanan 5 imkanın hamısını təklif edir. Bu isə o deməkdir ki, siz bütün layihələrə idarədən və ya tikinti sahəsindən qoşulmaqla işinizi istənilən yerdə görə bilərsiniz.

Tikinti işlərinin idarə olunması üzrə proqram təminatımız haqqında əlavə məlumat.

Yeni texnologiyanı biznesə tətbiq etmək hər zaman asan deyil. Tikinti ən ənənəvi sənaye növlərindən biri olmaqla yanaşı texnoloji imkanlardan ən çox faydalanan bir sahədir. Bir çox şirkətlər bu gün belə həddən artıq mürəkkəb layihələrdə yalnız Microsoft Excel imkanlarından, yaxud kağız forma və hesabat şablonlarından istifadə edir. Belə iş üsulu kiçik layihələrdə özünü doğrultsa da, böyük layihələrdə risklidir.

Layihələrin idarə olunması üzrə proqram təminatı istənilən miqyaslı tikinti layihələri çərçivəsində görülən işlərin gedişatını əyani şəkildə görməyə imkan verir. Nəticədə arzuolunmaz hallar baş verdikdə resurslardan düzgün istifadə etmək və dərhal dəyişikliklər etmək fürsəti əldə edirsiniz. Belə halları çevik idarə etməklə bir tərəfdən xətaları önləmiş olacaq, digər tərəfdən isə layihələri vaxtlı-vaxtında və büdcəyə uyğun şəkildə icra edə biləcəksiniz. Belə proqram təminatı sayəsində rəqabətli bir sahədə şirkətinizi önə çıxarmaq imkanınız yaranır.

Tikinti işlərinin idarə olunması üzrə proqram təminatından istifadə etməklə, elektron hesabat alətlərindən tutmuş təchizat proseslərinin daha yaxşı idarə olunmasına qədər layihə keyfiyyətini artırmağın çox sayda üsulu var. PlanRadar proqram təminatının təklif etdiyi imkanlarla keyfiyyətə zəmanət proseslərini dəstəkləyən alətlərdən istifadə etmək fürsəti qazanırsınız. Layihəyə cəlb olunmuş hər kəsin öz smartfonunda və ya stolüstü kompüterində güclü bir tətbiqdən istifadəsi sayəsində keyfiyyət standartlarına uyğun qala biləcəksiniz.

Keyfiyyətə zəmanəti dəstəkləyən xüsusi imkanlar barədə əlavə məlumat.

Tikinti sahəsində görülən işlərə uzaqdan nəzarət etmək texnoloji baxımdan illər boyu mümkün olsa da, çox az şirkət bu imkandan tam istifadə edə bilmişdir. COVID-19 pandemiyası digər iş sahələrində olduğu kimi tikinti sənayesində də işlərə uzaqdan nəzarət məsələsini aktuallaşdırdı.

PlanRadar-ın köməyi ilə uzaqdan nəzarət işini üç üsulla həyata keçirə bilərsiniz:

  • Tamamlanmış işlərin uzaqdan qəbulu
  • Sahə briqadası ilə ünsiyyət
  • Sahə qeydiyyat jurnallarının və digər əsas hesabatların mərkəzləşdirilmiş qaydada sənədləşdirilməsi

Tikinti sahələrinə uzaqdan nəzarət barədə əlavə məlumat.

Malik olduğu bir çox xüsusiyyətləri sayəsində PlanRadar tikinti sənayesində istifadə olunan ən yaxşı proqram təminatı məhsullarından biridir. Əvvəla, ondan istifadə həddən artıq asandır. İstifadəçilərimizin söylədiyinə görə, PlanRadar tətbiqindən istifadə edərək tikinti sahəsindəki işləri izləmək üçün subpodratçılara 10 dəqiqədən də az vaxt tələb olunur.

İkincisi, PlanRadar-ın göz oxşayan və şirkətinizin loqosu ilə fərdiləşdirilə bilən PDF şablonları vasitəsilə istənilən növdə tikinti hesabatını asanlıqla hazırlamaq mümkündür. Yalnız hesabat hazırlama imkanlarından istifadə etməklə müştərilərimiz hər həftə bir neçə saatlıq kağız işinə qənaət etmiş olur.

Üçüncüsü, PlanRadar pulsuz subpodratçı və nəzarətçi hesabları təklif edir. Yəni subpodratçıları və ya layihədə maraqlı olan digər tərəfləri prosesə cəlb etmək istəsəniz, əlavə lisenziyalar üçün ödəniş etməyə ehtiyac yoxdur.

Digər bənzər proqram təminatı məhsullarından fərqli olaraq PlanRadar noutbuk, planşet və smartfonlarda rahat işləyir. Android, iOS və Windows üçün mövcud olan versiyalarda 2-ölçülü və BIM modelləri ilə işləyə bilərsiniz. Pulsuz istifadə etməyə başlayın.

Tikinti işlərinin idarə olunması üzrə PlanRadar proqram təminatı istənilən ölçülü subpodrat və tikinti şirkətləri üçün uyğundur. Nəzərə alaraq ki, kiçik ölçülü şirkətlər sərmayə qoyuluşları ilə daha ehtiyatlı davranmalıdır, PlanRadar aylıq $32-dan başlayan Basic abunə paketi təklif edərək məhz belə şirkətlərin işinə yarayır. Basic abunə paketini seçsəniz belə, istənilən qədər subpodratçını layihəyə pulsuz qoşa bilərsiniz. Bu isə rəqiblərimizlə müqayisədə ən ucuz həll variantı deməkdir. Daha böyük şirkətlər fərdi qiymət təklifləri üçün əlaqə saxlamalıdır.

Bəli. İstifadəçilər PlanRadar proqram təminatını 30 gün ərzində heç bir ödəniş etmədən sınaya bilərlər. Bu müddət tikinti işlərinin idarə olunması üzrə proqram təminatımızı icrası davam edən layihələr çərçivəsində mövcud üsullarınızla yanaşı sınamaq üçün kifayət olmalıdır. PlanRadar proqram təminatının köməyilə ən yaxşı nəticələr əldə etmək üçün xüsusi heyətimizin fərdi məsləhət xidmətindən faydalanmağı təklif edirik.

Pulsuz sınaq müddəti ərzində heç bir ödəniş etmədən layihənizə subpodratçıları və ya digər layihə üzvlərini əlavə edib onların fikirlərini öyrənin. Pulsuz sınaq müddətinin bitməsinə az qalmış sizə bir elektron bildiriş məktubu göndəriləcək. Abunə paketlərinin heç birini almaq istəməsəniz belə, platformamıza yüklədiyiniz bütün layihə məlumatlarını endirə bilərsiniz. Bundan sonra şəxsi hesabınız avtomatik surətdə bağlanacaq və buna görə sizdən heç bir pul alınmayacaq.

Bəli, PlanRadar açıq API və Vebhuklar təklif edir. Konkret bir məhsula qoşulma imkanı ilə maraqlanırsınızsa, bunun üçün birlikdə çalışa bilərik
bilərik. Planları idarə etmək və sənədləri başqaları ilə rahat paylaşmaq üçün PlanRadar həmçinin Dropbox, Google Drive və OneDrive platformaları ilə əlaqəli şəkildə işləyə bilir.

Əlbəttə! Sizin rahatlığınız üçün Avropada yerli mütəxəssislərdən ibarət 11 filialımız fəaliyyət göstərir. Müştərilərimizin ekspertlərlə öz ana dillərində ünsiyyət qura bilməsi üçün dünyanın onlarla ölkəsində tərəfdaş şirkətlərlə əməkdaşlıq edirik. Fərdi məsləhət almaq üçün digər ölkələrdəki filiallarımızla əlaqə saxlaya bilərsiniz.

4 asan addımla işə başlayın.

1. Şəxsi hesab açın

2. Planlarınızı yükləyin

3. İstifadəçiləri dəvət edin

4. Tətbiqi endirin