Daşınmaz əmlak idarəetmə proqram təminatı nədir?
Daşınmaz əmlak idarəetmə proqram təminatı dedikdə resurs və əmlak menecerlərinin, eləcə də bina mülkiyyətçilərinin işini dəstəkləmək məqsədilə işlənib hazırlanmış proqram, platforma və tətbiq dəstləri başa düşülür. Texniki həllər imkan və xüsusiyyətlərinə görə bir-birindən fərqlənsə də, çox vaxt texniki xidmət proseslərinin idarə olunması, texniki təhlükəsizlik şəraitinin auditi, kommunikasiya və digər işləri görmək üçün faydalı alətlərlə təchiz olunur.
Daşınmaz əmlaka texniki xidmət proqramından necə istifadə etməliyəm?
Obyektlərinizin sayı az olsa belə, binalara texniki xidmətin göstərilməsi üzrə proqram təminatından istifadə üçün bir çox səbəb ola bilər. Əvvəla, onun sayəsində tələb olunan texniki xidməti müntəzəm şəkildə, təmir işlərini isə vaxtlı-vaxtında yerinə yetirə bilərsiniz. Bir obyektə texniki xidmət göstərmək onun karlı olması baxımdan böyük əhəmiyyət daşıyır. Bu proqram təminatı həmçinin obyektin dayanıqlılığı ilə bağlı məqsədlərinizə nail olmağa kömək edər. Qəza riskini azaltmaqla, müştərilərinizi xoşbəxt etmiş olursunuz. İkincisi, bilavasitə obyektdə işləyən menecerləriniz varsa (yaxud obyektlərin idarə olunması sahəsində fəaliyyət göstərirsinizsə), belə proqram təminatını onların işinə nəzarət etmək və onlara iş tapşırmaq üçün istifadə edə bilərsiniz. PlanRadar da daxil olmaqla, texniki xidmət sahəsində ən yaxşı proqram təminatı məhsulları xarici tədarükçü ve podratçıların işinə nəzarət etmə imkanı da təmin edir. Nəhayət, texniki xidmət üzrə proqram təminatı sağlamlıq, texniki təhlükəsizlik və digər sahələrdə qüvvədə olan qaydalara riayət etdiyinizi sübut edə bilər. Ümumiyyətlə, texniki xidmət üzrə proqram təminatı obyektlərinizin düzgün işləyişini təmin edir, potensialının reallaşmasını asanlaşdırır.
Daşınmaz əmlak idarəetmə proqramını necə seçə bilərəm?
Daşınmaz əmlak idarəetmə proqramını seçərkən ilk növbədə biznes ehtiyaclarınızı müəyyən etməlisiniz. Onu hansı məqsədlər üçün istifadə etməyi planlaşdırırsınız? Əsas məqsədlərinizi seçin və proqram təminatının onlara nail olmaq üçün işinizə yarayacaq xüsusiyyətlərini nəzərdən keçirin. İkinci addım araşdırma aparmaq və qısa bir siyahı tutmaqdır. Proqram təminatı məhsullarının sınaq versiyalarından istifadə edin və məhsulun tanıdılması ilə bağlı materialları tələb edin. Nəhayət təkliflərdən hansının işinizə ən yaxşı yaradığını komandanızla müzakirə edin. Proqram təminatını təklif edən şirkətə komandanın müxtəlif üzvləri üçün qiymət, dəstək xidməti və təlimlərlə bağlı suallar verin.
PlanRadar kiçik ölçülü bizneslərin işinə yarayarmı?
Tez uyğunlaşan qiymət modeli sayəsində PlanRadar istənilən ölçülü müəssisələr üçün əla seçimdir. Nəzərə alsaq ki, əmlak idarə edən kiçik ölçülü müəssisələr öz resurslarından daha düşüncəli şəkildə istifadə etməlidir, PlanRadar onların vaxtına və puluna qənaət etmək imkanlarını müəyyən etməkdə faydalı ola bilər. Tək işləyirsinizsə və müəyyən tapşırıqları yerinə yetirmək üçün yalnız subpodratçılardan istifadə edirsinizsə, o zaman yalnız bir PlanRadar lisenziyası ilə belə iş yükünüzü asanlıqla yüngülləşdirə və kənar podratçıları rahat idarə edə bilərsiniz. Bu üsul son dərəcə qənaətcil olmaqla yanaşı müştərilərinizə böyük bir şirkətlə eyni səviyyədə xidmət təklif etməyə imkan verir.
Ən yaxşı daşınmaz əmlak idarəetmə proqramı hansıdır?
Ən yaxşı daşınmaz əmlak idarəetmə proqramı müəssisənizdə qarşıya çıxan müxtəlif məsələlərin həllində sizə kömək edə bilən proqramdır. Bu isə o deməkdir ki, sizin işinizə yarayan ən yaxşı həll variantı rəqibinizlə müqayisədə fərqli ola bilər. Şirkətinizin miqyasına və xidmət göstərdiyiniz sektorlara görə dəyişən bir çox amil var. Əsasən uzun müddətə kiralanan yaşayış binalarınımı istismar edirsiniz? Texniki xidmət tələb edən mürəkkəb və təməl makina avadanlıqlarının olduğu anbarları və ya logistika obyektlərinimi idarə etməlisiniz? Obyekti idarə edən menecerləriniz varmı, yoxsa bunun üçün başqa bir şirkətlə müqavilə bağlamısınız? Faktura çıxara bilən bir sisteməmi, yoxsa mövcud proqram təminatına qoşula biləcək bir həll variantınamı ehtiyacınız var? PlanRadar həm obyektlərə yüksək səviyyədə nəzarət etmək istəyən menecerlər, həm də hər gün fəaliyyət göstərən obyekt menecerləri üçün uyğundur. Ən yaxşı daşınmaz əmlak idarəetmə proqramı ehtiyaclarınızı təmin edən, istifadəsi asan olan, çox az texniki xidmət tələb edən və saatlar sürən təlim tələb etməyən proqramdır.
PlanRadar yaşayış binalarının idarə olunmasında istifadə oluna bilərmi?
PlanRadar yaşayış binalarının menecerlərinə onların işlərini əhəmiyyətli dərəcədə sürətləndirməyə kömək edir. PlanRadar-ı təhlükəsizlik təftişləri, planlı texniki xidmət, təmirlə bağlı sorğular, təhvil-təslim və s. üçün istifadə etməklə biznesinizi daha səmərəli edə, qanun və qaydaların tələblərinə uyğunlaşdıra bilərsiniz. Yaşayış binalarının idarə olunması üzrə proqram təminatı barədə əlavə məlumatı buradan öyrənə bilərsiniz.
PlanRadar obyektlərin təftişində istifadə oluna bilərmi?
Obyektlərin təftişi PlanRadar-ın əsas funksiyalarından biridir. İstifadəçilər əllərindəki smartfonla obyektdə yoxlama apara və ortaya çıxan istənilən məsələ ilə bağlı dərhal iş tapşırıqları düzəldə bilərlər. İstər texniki təhlükəsizliklə bağlı təftişlər olsun, istərsə də təmir-bərpa layihəsindən sonra nöqsanların axtarılması, PlanRadar aşkar olunan məsələləri tam sənədləşdirməyə və onları bir neçə saniyə ərzində istifadə oluna bilən hesabatlara çevirməyə imkan verir. Obyektlərin təftişi üzrə tətbiqlərin faydalı yönləri haqqında əlavə məlumatı buradan əldə edə bilərsiniz.
PlanRadar daşınmaz əmlak və obyektlərin idarə olunması üzrə proqram təminatını pulsuz yoxlamaq olarmı?
Bəli, PlanRadar 30 gün ərzində pulsuz istifadə oluna bilər. Bu müddət ərzində siz proqram təminatının işinizə yarayıb-yaramadığını yoxlaya bilərsiniz. Həmçinin bizim mütəxəssislər komandası ilə əlaqə saxlayıb biznes ehtiyaclarınıza uyğun fərdi məsləhət ala bilərsiniz.
PlanRadar proqram təminatını səyyar cihazlarda istifadə etmək mümkündürmü?
Bəli, Android və iOS sistemləri üçün hazırlanmış pulsuz PlanRadar tətbiqini istədiyiniz məkan və zamanda istifadə edə bilərsiniz. Tətbiq bilavasitə səyyar istifadəçilər üçün nəzərdə tutulduğundan, istifadəsi həddən artıq rahatdır. İstifadəçilərdən aldığımız məlumata görə, subpodratçıların işə qoşulması 10 dəqiqədən az vaxt aparır. PlanRadar-ın brazuerlər üçün versiyasında təmin olunan əlavə funksiyalar sayəsində komandanızın ən az bir üzvünü stasionar kompüter arxasında layihələrə planlar əlavə etməyə ayırmaq lazım gələcək.
PlanRadar-ın daşınmaz əmlak və obyektlərin idarə olunması üzrə proqram təminatı ABŞ sənaye standartlarına cavab verirmi?
PlanRadar, CBRE, Siemens və Vinci Facilities kimi şirkətlər də daxil olmaqla, dünyanın ən tanınmış daşınmaz əmlak və obyekt idarəetmə şirkətləri tərəfindən istifadə olunur. PlanRadar-ın əmlak menecerlərinin işinə yaramasını təmin etmək məqsədilə müştərilərimizlə daim əlaqə saxlayırıq. Biz həmçinin müştərilərimizin məlumatlarının təhlükəsiz şəraitdə saxlanılmasına diqqət yetiririk. PlanRadar informasiyanın ən yüksək səviyyədə təhlükəsizliyini təmin edən ISO 27001 şəhadətnaməsinə malikdir.
PlanRadar-ın daşınmaz əmlak və obyektlərin idarə olunması üzrə proqram təminatını digər məhsullarla birlikdə istifadə etmək mümkündürmü?
Bəli, PlanRadar bir neçə digər proqram təminatına qoşula bilir. Bu məqsədlə açıq API və Vebhuklar təklif edirik. Elektron sənədlərin rahat paylaşılması üçün PlanRadar həmçinin Dropbox, Google Drive və OneDrive platformaları ilə əlaqəli şəkildə işləyə bilir.
PlanRadar müştərilərə beynəlxalq səviyyədə xidmət göstərirmi?
Əlbəttə! Sizin rahatlığınız üçün Avropada yerli mütəxəssislərdən ibarət 11 filialımız fəaliyyət göstərir. Müştərilərimizin ekspertlərlə öz ana dillərində ünsiyyət qura bilməsi üçün dünyanın onlarla ölkəsində tərəfdaş şirkətlərlə əməkdaşlıq edirik. Fərdi məsləhət almaq üçün digər ölkələrdəki filiallarımızla əlaqə saxlaya bilərsiniz.